Ərdoğan: "Ermənistanın götürdüyü öhdəlikləri yerinə yetirməsi vacibdir"

      Ərdoğan:    "Ermənistanın götürdüyü öhdəlikləri yerinə yetirməsi vacibdir"
  03 Noyabr 2023    Oxunub:1089
Qlobal çağırışlarla mübarizəmizdə ən mühüm gücümüz türk dünyasının birliyi, həmrəyliyidir. Bu həqiqəti son vaxtlar rastlaşdığımız bir çox hadisələrdə görmüşük və görməkdə davam edirik.
Bu fikirləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türk Dövlətləri Təşkilatının “Astanada keçirilən 10-cu yubiley Zirvə görüşündə çıxışında səsləndirib.

Onun sözlərinə görə, Vətən müharibəsindən sonra Azərbaycan Qarabağda 30 il davam edən işğala tamamilə son qoydu: “Biz bu tarixi nailiyyətdən böyük qürur və fərəh hissi keçiririk. Beləliklə, biz regionumuzda daimi sülhə daha bir addım yaxınlaşdıq. Açılan fürsət pəncərəsindən yararlanmaq bizim ən böyük arzumuzdur”.

Ermənistanın Azərbaycan qarşısında götürdüyü öhdəlikləri yerinə yetirməsinin vacibliyin vurğulayan Türkiyə Prezidenti deyib: “Naxçıvanı Azərbaycanın qərb rayonları ilə birləşdirəcək nəqliyyat xəttinin həyata keçirilməsi də böyük əhəmiyyət kəsb edir. Xəttin açılması həm bölgədəki bütün ölkələrin rifahına mühüm töhfə verəcək, həm də Türkiyəni dədə-baba yurdumuz olan Orta Asiya ilə birləşdirəcək. Bu prosesin uğurla başa çatması üçün biz türk dünyası olaraq Azərbaycana dəstəyimizi davam etdirməliyik”.

AzVision.az



Teqlər:





Xəbər lenti