"İrəvan Mirzoyanla Bayramovun görüşü barədə təklif almayıb"

   "İrəvan Mirzoyanla Bayramovun görüşü barədə təklif almayıb"
  03 Noyabr 2023    Oxunub:1180
İrəvan Moskvadan Ermənistan və Azərbaycanın xarici işlər nazirləri Ararat Mirzoyanla Ceyhun Bayramov arasında görüşün təşkil edilməsi barədə rəsmi təklif almayıb.
AzVision.az xəbər verir ki, bu barədə Ermənistan diplomatik idarəsinin rəis müavini Paruyr Ovannisyan parlamentdə keçirdiyi brifinqdə deyib.

O, jurnalistin müvafiq sualınacavab olaraq, "Mənim belə informasiya barədə məlumatım yoxdur. Deyəsən, ideya kimi səslənib, konkret addımlardan xəbərim yoxdur" deyib.

Bundan əvvəl Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Moskvanın belə bir görüşü təşkil etməyə hazır olduğunu açıqlamışdı.

AzVision.az


Teqlər:





Xəbər lenti