Rusiya niyə Qafanda konsulluq açır?
"Təbii ki, baş konsulluğun açılmasında həm də siyasi komponent var və bu regiona marağı göstərir. İranın Qafan şəhərində konsulluğu var. Fransa da burada konsulluq açmaq istəyini ortaya qoyub... Lakin, söhbət daha çox ticari-iqtisadi əlaqələrdən, mərkəzləşdirilməmiş əməkdaşlıqdan, nəqliyyat və enerji sahəsində qarşılıqlı fəaliyyətdən gedir”, - diplomat qeyd edib.
İrəvanla Rusiya arasında yaranmış fikir ayrılıqları və narazılıqların konsulluğun açılması prosesinə mane olub-olmamasına dair suala gəlincə, Ovanisyan qeyd edib ki, bütün tərəfdaşlarla fikir ayrılığı var. Məsələn, Ermənistan Avropa İttifaqı ilə viza rejimi ətrafında yaranmış vəziyyətdən çox ciddi narazıdır.
Tural Tağıyev
AzVision.az
Teqlər: Ermənistan