Astana sammitində 12 sənəd imzalanıb

   Astana sammitində 12 sənəd imzalanıb
  03 Noyabr 2023    Oxunub:1390
Türk Dövlətləri Təşkilatına (OTT) üzv ölkələrin liderləri Astanada keçirilən sammitdə Astana Aktı və Bəyannaməsi də daxil olmaqla 12 sənəd imzalayıblar.
Bu barədə Qazaxıstan prezidenti Kasım-Jomart Tokayevin mətbuat xidməti məlumat yayıb.

Sənədlərin siyahısını təqdim edirik: "Astana Aktı; Türk Dövlətləri Təşkilatının X Zirvə Toplantısının Bəyannaməsi; Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin “Türk dünyasının ən ali ordeni” ilə təltif edilməsi haqqında dövlət başçılarının qərarı; Türk dünyasının maliyyə mərkəzləri statusunun verilməsi ilə bağlı dövlət başçılarının qərarı; Türk əməkdaşlıq təşkilatlarının yeni bayraqlarının qəbulu haqqında qərar; Dövlət başçılarının təyinatlar haqqında qərarı; İqtisadi Əməkdaşlıq Təşkilatına Türk Dövlətləri Təşkilatının müşahidəçi statusunun verilməsi haqqında qərar; Fevralın 6-nın təbii fəlakət qurbanlarının anım günü və Türk Dövlətləri Təşkilatının əməkdaşlıq günü kimi təsdiq edilməsi haqqında qərar; Türk Dövlətləri Təşkilatı Katibliyinin büdcənin idarə edilməsi qaydaları haqqında qərar; “Türk Dövlətləri Təşkilatının Daimi Nümayəndələri haqqında Əsasnamə”nin hazırlanması haqqında qərar; Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin müvafiq qurumları arasında metrologiya sahəsində əməkdaşlıq haqqında Protokol; Türk Dövlətləri Təşkilatının 2023-2027-ci illər üçün nəqliyyat kommunikasiyası proqramının həyata keçirilməsi üzrə birgə fəaliyyət planı (yol xəritəsi)".

AzVision.az


Teqlər:





Xəbər lenti