BMT fələstinlilər üçün 1,2 milyard dollar istəyəcək

   BMT fələstinlilər üçün 1,2 milyard dollar istəyəcək
  03 Noyabr 2023    Oxunub:884
BMT nümayəndələri Fələstin xalqına dəstək üçün 1,2 milyard dollar məbləğində təcili yardım istəmək niyyətindədirlər.
Bu barədə Humanitar Məsələlərin Əlaqələndirilməsi Departamentinin hesabatında deyilir. Qeyd olunub ki, 2,7 milyon insanın, yəni Qəzzanın bütün əhalisinin və İordan çayının qərb sahilində 500 min insanın ehtiyaclarının ödənilməsinin dəyəri 1,2 milyard dollardır.

BMT-nin 12 oktyabr tarixli ilkin müraciətində 1,3 milyon insana yardım etməli olan 294 milyon dollar məbləğində vəsait göstərilmişdi, lakin təşkilatın qeyd etdiyi kimi, o vaxtdan bəri vəziyyət daha da pisləşib. BMT nümayəndələri yazıb ki, Fələstin sakinlərinin mənzil, dərman, qida və suya daha çox ehtiyacı var.

AzVision.az


Teqlər:





Xəbər lenti