Çin ABŞ-ın sanksiyalarına cavab verəcək

   Çin ABŞ-ın sanksiyalarına cavab verəcək
  03 Noyabr 2023    Oxunub:991
Çin hakimiyyəti öz maraqlarını Amerika sanksiyalarının təsirindən qorumaq üçün tədbirlər görmək niyyətindədir.
Bu barədə Çin Xarici İşlər Nazirliyinin sözçüsü Van Venbin brifinqdə bildirib. Onun sözlərinə görə, sanksiyaların tətbiqi iqtisadi məcburiyyətin tipik nümunəsidir: "ABŞ bu yanlış hərəkətləri dayandırmalıdır. Çin öz maraqlarını qorumaq üçün qəti tədbirlər görəcək".

Venbi bildirib ki, sanksiyaların birtərəfli qaydada tətbiqi ABŞ-ın milli təhlükəsizlik konsepsiyasını ümumiləşdirməsinin növbəti nümunəsindən başqa bir şey deyil.

AzVision.az


Teqlər:





Xəbər lenti