Özbəkistan türk dünyasının xartiyasını hazırlamağı təklif edib

   Özbəkistan türk dünyasının xartiyasını hazırlamağı təklif edib
  03 Noyabr 2023    Oxunub:1022
Özbəkistan Türk Dövlətləri Təşkilatına (OTT) üzv ölkələri türk dünyası üçün xartiya hazırlamağa çağırıb.
AzVision.az xəbər verir ki, bu barədə ölkə prezidenti Şavkat Mirziyoyev Astanada keçirilən sammitdə deyib.

"Əsas məqsədimiz bütün maneələri birgə və səmərəli şəkildə dəf etmək üçün təşkilat daxilində qarşılıqlı hörmət, etimad və açıqlıq prinsiplərini gücləndirməkdir. Bu baxımdan mən türk dünyasının xartiyasının hazırlanmasını zəruri hesab edirəm. Mən bu nadir simvolik ensiklopediyanın aparıcı alim və bu sahə üzrə mütəxəssislərin iştirakı ilə hazırlanmasını təklif edirəm”,

Mirziyoyev həmçinin Türk İnkişaf Bankının yaradılması istiqamətində işlərin gücləndirilməsinə çağırıb.

Aytən Zəhra
AzVision.az


Teqlər:





Xəbər lenti