Litva sursat ehtiyatı üçün 3,1 milyard avro xərcləyəcək

Litva sursat ehtiyatı üçün 3,1 milyard avro xərcləyəcək
  03 Noyabr 2023    Oxunub:906
10 il ərzində Litva bütün növ sursat ehtiyatlarının yaradılmasına 3,1 milyard avrodan çox vəsait ayıracaq.
Bu barədə Baltikyanı ölkənin Müdafiə Nazirliyi məlumat yayıb. "Müasir hərbi texnikanın alınması ilə yanaşı, döyüş sursatı arsenalına da böyük diqqət yetirilir. Növbəti 10 il ərzində lazımi ehtiyatların yaradılmasına 3,1 milyard avro ayrılacaq", - xəbərdə bildirilib.

Bu məbləğin 90%-i sursatın özünə, 10%-i isə müxtəlif mühəndislik vasitələrinə ayrılacaq.

AzVision.az


Teqlər:





Xəbər lenti