"Vaqner" İsrail-Fələstin münaqişəsinə daxil olur? - İDDİA

   "Vaqner" İsrail-Fələstin münaqişəsinə daxil olur? -    İDDİA
  03 Noyabr 2023    Oxunub:1001
Rusiyanın muzdlu “Vaqner” qrupu İsraillə münaqişədə olan Livan "Hizbullah"ına hava hücumundan müdafiə sistemi verə bilər.
AzVision.az xəbər verir ki, belə bir iddia ilə ABŞ-ın “Wall Street Journal” qəzeti təəccüblü iddia ilə çıxış edib.

Amerika kəşfiyyat rəsmilərinə əsaslanan xəbərdə "Vaqner"in Livan "Hizbullah"ı ilə birlikdə İsrailə qarşı ikinci cəbhə aça biləcəyi ehtimalı vurğulanıb. Bu səbəbdən "Hizbullah"a hava hücumundan müdafiə sistemi veriləcəyi yazılıb. Amerika rəsmilərinin fikrincə, "Vaqner" "Hizbullah"ı SA-22 sistemində zenit raketləri və hava hücumundan müdafiə silahları ilə təmin edə bilər.

Xəbərdə ABŞ-ın "Vaqner"lə "Hizbullah" görüşlərini diqqətlə izlədiyi bildirilib. Jurnal Rusiya səfirliyindən iddialarla bağlı şərh ala bilməyib.

Bu barədə açıqlama verən Ağ Evin Milli Təhlükəsizlik Şurasının sözçüsü Adrienne Watson məlumatı “narahatedici” kimi qiymətləndirilib.

Qeyd edək ki, Göndərilməsi planlaşdırılan hava hücumundan müdafiə sistemi "Pantsir" və ya SA-22 Rusiya istehsalıdır. O, zirehli yük maşınının arxasında yerləşdirilə bilər və zenit raketləri və hava hücumundan müdafiə silahlarını vura bilir. Aşağı hündürlükdən hücumların qarşısını alan sistem son illərdə Suriya və Liviyada istifadə olunur.

AzVision.az


Teqlər:





Xəbər lenti