İranda havanın çirklənməsi böhranı davam edir
Havanın çirklənməsi nəticəsində xəstələrin böyük əksəriyyəti ambulator müalicə olunaraq evə buraxılsa da, hazırda 200-ə yaxın xəstə hələ də xəstəxanalardadı.
Eyni zamanda, Xuzistanın Ətraf Mühitin Mühafizəsi Baş idarəsi bir neçə gün əvvəldən vilayətin geniş ərazilərində havanın keyfiyyət indeksinin “bütün qruplar üçün qeyri-sağlam” və “qırmızı status”da olduğunu açıqlayıb.
Havanın çirklənməsinin davam etdiyi Tehranda da KİV-lərin dərc etdiyi xəbərlərdə bu çirklənmənin yaranmasında köhnəlmiş avtomobillərin rolundan bəhs olunur.
Ötən günlərdə “İrna” xəbər agentliyi statistikaya görə ölkədə olan 26 milyon avtomobildən təxminən 7 milyonunun köhnəlmə yaşına çatdığını yazıb. Habelə 12,5 milyon motosikl qeydə alınıb ki, onlardan 10 milyona yaxını artıq könəlib.
AzVision.az