“The Times”: Britaniyada İranla əlaqəli qruplar müəyyən edilib  

   “The Times”:    Britaniyada İranla əlaqəli qruplar müəyyən edilib  
  03 Noyabr 2023    Oxunub:1089
HƏMAS-İsrail müharibəsi fonunda Tehranın gərginlik yaratmaq cəhdindən narahat olan Britaniya hökumətinin rəsmiləri, kəşfiyyat məlumatlarına əsalanaraq, bu ölkədə İranla birbaşa əlaqəyə malik altıdan çox qrup müəyyən edildiyini bildiriblər.
AzVision.az “The Times” qəzetinin yaydığı məlumata istinadən xəbər verir ki, Tehran həmin qruplardan “yumşaq güc”dən yararlanmaq kontekstində istifadə edir.

“Britaniya kəşfiyyatının hesabatlarına görə, İran öz “yumşaq gücünü” inkişaf etdirmək, təsir göstərmək və parçalanma yaratmaq üçün İngiltərədəki bir sıra qurumlarla əlaqə saxlayır. Britaniya rəsmiləri, həmçinin, məscidlər və xeyriyyə təşkilatları da daxil olmaqla, daha geniş şəbəkənin də İran hökuməti ilə əlaqəli olduğuna inanırlar. Hesabatlara görə, İngiltərə İslam Mərkəzi və İslam İnsan Haqları komissiyası İranla bağlı olduğu deyilən qurumlar sırasındadır” , - məlumatda deyilir.

Eyni zamanda, Londonda Fələstin tərəfdarlarının nümayişlərində İslam İnsan Haqları komissiyasının da iştirak etdiyi vurğulanır.
AzVision.az



Teqlər: Britaniya   İran  





Xəbər lenti