"Almaniya da, Ermənistan da Rusiyadan asılıdır"

   "Almaniya da, Ermənistan da Rusiyadan asılıdır"
  03 Noyabr 2023    Oxunub:995
Almaniyanın xarici işlər naziri Annalena Barbok bildirib ki, həm Almaniya, həm də Ermənistan Rusiyadan asılıdır və bunu bir gündə dəyişmək olmaz.
O, bunu İrəvanda erməni həmkarı Ararat Mirzoyanla birgə mətbuat konfransında deyib. Baerbokun sözlərinə görə, Almaniya Rusiyadan enerji təchizatında əhəmiyyətli dərəcədə asılıdır.

"Biz Ermənistanın Rusiyadan nə qədər asılı olduğunu da başa düşürük. Bunu bir gündə dəyişmək olmaz. Amma siz də bilirsiniz ki, asılılığı azaltmaq üçün bizə etibarlı tərəfdaşlar lazımdır. Enerji təhlükəsizliyini təmin etmək üçün yeni layihələrə, yeni infrastrukturlara ehtiyacımız var", - almaniyalı nazir bildirib.

Onun sözlərinə görə, Almaniya və Ermənistan enerji təhlükəsizliyi sahəsində daha da sıx əməkdaşlıq edə bilərlər.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti