İsrail Əl-Şifa xəstəxanasına zərbə endirdi: 15 nəfər ölüb

   İsrail Əl-Şifa xəstəxanasına zərbə endirdi:    15 nəfər ölüb
  03 Noyabr 2023    Oxunub:1296
İsrail qüvvələrinin Qəzza zolağının inzibati mərkəzində Əl-Şifa mərkəzi xəstəxanasına bitişik ərazini bombalaması nəticəsində azı 15 nəfər həlak olub. Bu barədə “Əl-Cəzirə” telekanalı məlumat yayıb.
Bildirilib ki, Qəzza şəhərinin qərb hissəsində yerləşən xəstəxananın girişinə yaxın ərazinin atəşə tutulması nəticəsində 15 nəfər ölüb, onlarla insan yaralanıb.

Tibb müəssisəsinin direktorunun Al Hadath televiziyasına verdiyi məlumata görə, xəstəxanaya hücum nəticəsində ən azı 60 fələstinli ölüb və ya yaralanıb.

Qəzzada mərkəzi xəstəxanaya hücumla eyni vaxtda İsrail qüvvələri Əl-Qüds xəstəxanasının yaxınlığındakı əraziyə və İndoneziya xəstəxanasının girişinə havadan hücum edib.

Əl-Şifa xəstəxanasının direktorunun sözlərinə görə, bu zaman təcili yardım maşınları üç tibb müəssisəsinin yaxınlığında yerləşib və yaralı fələstinliləri Rəfah keçid məntəqəsinə aparıb müalicə üçün Misirə çatdırmağa hazır olub.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti