Mahmud Abbasın Rusiyaya səfəri təxirə salınıb

   Mahmud Abbasın Rusiyaya səfəri təxirə salınıb
  03 Noyabr 2023    Oxunub:1299
Fələstin lideri Mahmud Abbasın noyabrın ortalarına planlaşdırılan Moskva səfəri təxirə salınıb. Bunu Rusiya xarici işlər nazirinin müavini Mixail Boqdanov deyib.
“Noyabrın 15-nə planlaşdırılan səfər Fələstin rəhbərliyinin tələbi ilə təxirə salınıb”- o bildirib. Boqdanovun sözlərinə görə, Fələstin tərəfi regiondakı çətin vəziyyəti əsas gətirib və bildirib ki, bununla əlaqədar Mahmud Abbas ölkəni tərk edə bilmir. O, Moskvanın bu hallara anlayışla yanaşdığını vurğulayıb.

Bundan əvvəl Fələstinin xarici işlər naziri Riyad əl-Maliki bildirmişdi ki, Abbas bu ilin sonuna kimi Rusiyaya səfər etməyi planlaşdırır. Eyni zamanda o qeyd edib ki, özü də yaxın vaxtlarda xarici işlər naziri Sergey Lavrovla danışıqlar üçün Moskvaya gedəcək.

Şahanə Rəhimli
AzVision.az




Teqlər:





Xəbər lenti