ABŞ Kiyevə yeni hərbi yardım paketini açıqlayıb

   ABŞ Kiyevə yeni hərbi yardım paketini açıqlayıb
  03 Noyabr 2023    Oxunub:1359
ABŞ Kiyevə 125 milyon dollar məbləğində yeni hərbi yardım paketi göndərir. Bu barədə Pentaqonun mətbuat xidməti məlumat yayıb.
ABŞ Müdafiə Nazirliyinin məlumatına görə, Ukraynanın təcili döyüş ehtiyaclarını ödəmək üçün Pentaqonun ehtiyatlarından 125 milyon dollar ayrılır. Bundan əlavə, ABŞ respublikanın hava hücumundan müdafiəsini gücləndirmək üçün Ukraynaya Təhlükəsizliyə Yardım Təşəbbüsündən Kiyevə 300 milyon dollar da göndərəcək.

“Bu təhlükəsizlik yardımı paketi ABŞ-ın Ukrayna xalqını dəstəkləməkdə davam edən öhdəliyini nümayiş etdirir”, - məlumatda deyilir.

Bundan əvvəl ABŞ Müdafiə Nazirliyinin mətbuat xidməti bəyan etmişdi ki, Amerikanın Ukraynaya yeni yardım paketinə HIMARS reaktiv yaylım atəş sistemi və NASAMS hava hücumundan müdafiə sistemi, artilleriya mərmiləri və tank əleyhinə sistemlər üçün sursatlar daxildir.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti