İtaliyada Baş naziri xalq seçəcək: Konstitusiya dəyişir

   İtaliyada Baş naziri xalq seçəcək:    Konstitusiya dəyişir
  04 Noyabr 2023    Oxunub:1142
İtaliya hökuməti Baş nazirin xalq tərəfindən seçilməsini nəzərdə tutan konstitusiyaya dəyişiklik təklifini təsdiqləyib.
Nazirlər Şurası konstitusiyaya dəyişikliyi nəzərdə tutan layihəni müzakirə olunaraq təsdiqlənməsi üçün parlamentin aşağı palatası olan Nümayəndələr Palatasına və yuxarı palatası – Senata təqdim edəcək.

Layihəyə görə, bundan sonra ölkədə Baş nazir ümumxalq səsverməsi ilə seçiləcək. Senator və deputatlığa namizəd olub və qalib gələnlər Baş nazir ola biləcək.

Xatırladaq ki, İtaliyada konstitusiya dəyişikliyi ilə bağlı sonuncu referendum 2016-cı ildə keçirilib.

AzVision.az


Teqlər:





Xəbər lenti