ETTELAAT məhbus qadınlara sərgini də qadağan etdi

ETTELAAT məhbus qadınlara sərgini də qadağan etdi
  04 Noyabr 2023    Oxunub:1259
İranda məhbus qadınların əl işlərindən ibarət sərgi rejim qüvvələrinin göstərişi ilə ləğv edilib.
Bu barədə “Azad İran” “Telegram” kanalı xəbər verib.

Bildirilir ki, Tehrandakı “Evin” həbsxanasında iki günlük dəri məmulatlarının sərgisi keçiriləcəkdi. Məlumata görə, sərgi ETTELAAT (Təhlükəsizlik və Kəşfiyyat) Nazirliyi tərəfindən ləğv edilib.

Qeyd edilir ki, ETTELAAT bu sərgini ləğv etmək üçün Nəşriyyatçılar Birliyinə təzyiq göstərib.
AzVision.az



Teqlər: İran  





Xəbər lenti