Pakistanda 14 hərbçi ölüb

   Pakistanda 14 hərbçi ölüb
  04 Noyabr 2023    Oxunub:1153
Pakistanın iki əyalətində təhlükəsizlik qüvvələrinə qarşı bombalı hücum nəticəsində 14 hərbçi şəhid olub.
Bu barədə Türkiyə Xarici İşlər Nazirliyi tərəfindən Pakistan hökumətinə verilən başsağlığında deyilir.

Bildirilib ki, Pakistanın Bəlucistan əyalətində təhlükəsizlik qüvvələrinə aid iki avtomobilə terror hücumu nəticəsində 14 hərbçi şəhid olub.

Bundan başqa, Xeybər Patunhva əyalətində polis əməkdaşlarına məxsus xidməti mikroavtobusa yaxın yerdə törədilən partlayış nəticəsində isə 5 nəfər ölüb, 21 nəfər yaralanıb.

AzVision.az



Teqlər: Pakistan  





Xəbər lenti