BMT-nin İnsan haqları üzrə iclasına İranın sədr təyin olunması qınanıb

BMT-nin İnsan haqları üzrə iclasına İranın sədr təyin olunması qınanıb
  04 Noyabr 2023    Oxunub:1206
ABŞ və İnsan haqları qrupları İran nümayəndəsinin Cenevrədə BMT İnsan Haqları şurasının iclasına sədrlik etməsinə icazə verilməsinin “təhqiredici hal” olmasından və İran hakimiyyətinin xüsusən də qadınlara qarşı qanun pozuntularını əsas gətirərək şikayətlənib.
AzVision.az “Reuters” agentliyinin yaydığı məlumata istinadən xəbər verir ki, BMT-nin təyin etdiyi hüquqlar üzrə eksperti İranın ötən ildən bəri etirazların dağıdılması zamanı törətdiyi insidentlərin insanlığa qarşı cinayət sayıla biləcəyini vurğulayıb.

BMT-nin Hüquq şurasının sözçüsü “Reuters”ə bildirib ki, Asiya-Sakit Okean qrupunun təqdimatına əsasən, İranın BMT-dəki səfiri Əli Bəhreyni, yeganə namizəd olduğuna görə, iki günlük iclasın sədri seçilib.

Vaşinqtonun 47 üzvdən ibarət şuradakı nümayəndəsi Mişel Teylor görüşü boykot edərək, bu təyinatı “qlobal ictimaiyyətin kollektiv vicdanını təhqir” adlandırıb.

“Öz vətəndaşlarının insan hüquqlarını davamlı və cəzasız olaraq pozan bir rejimin nümayəndələrinin apardığı istənilən müzakirə nəticəsiz deyil, həm də bizim ortaq ideallarımıza təhqirdir”, - Teylor deyib.

Qeyd edək ki, bütün ittihamlara rəğmən, İran qadınlara qarşı ayrı-seçkilik iddialarını rədd edir.
AzVision.az


Teqlər: BMT   İran  





Xəbər lenti