İranda 50-dən çox növ tibbi test dayandırılıb
Son beş ildə dəstləri almaq çətinləşmiş olsa da, bu il çətinlik o həddə çatıb ki, qara bazar da belə onu almaq mümkün deyil.
İranda laboratoriya avadanlığının 80%-dən çoxu idxaldan asılıdır və yerli istehsal avadanlıqları xaricdən xammal tələb edir. Son üç ildə laboratoriya avadanlıqlarının idxalına ayrılan valyutanın həcmi isə yarıbyarı azalıb.
Tehran Münşədi Müalicə Diaqnostika laboratoriyasının sahibi Möhsün Münşədi “Etemad” qəzetinə bu sahədə ciddi problemlərin yarandığını bildirib.
“Biz dəst çatışmazlığı ilə üzləşirik. Dəstlərin və digər istehlak materiallarının qiyməti isə 4-5 dəfə bahalaşıb. İndiki şəraitdə bəzi laboratoriya sahibləri ucuz dəstlərdən istifadə etməyə məcburdurlar. Dəfələrlə laboratoriya həmkarlarım düzgün cavab almaq üçün bir neçə dəstlə təcrübəni təkrarlamalı olublar”, - Münşədi yaranmış vəziyyətdən şikayətlənib.
AzVision.az