Mixalko: "Mina ilə bağlı maarifləndirmələrdə Bakıya kömək etməyə hazırıq”

   Mixalko:    "Mina ilə bağlı maarifləndirmələrdə Bakıya kömək etməyə hazırıq”
  04 Noyabr 2023    Oxunub:1259
“Avropa İttifaqı (Aİ) Azərbaycan hökumətinin mina təhlükəsinin aradan qaldırılması işini dəstəkləyir və dəstəkləyəcək”.
Bunu Aİ-nin Azərbaycandakı səfiri Peter Mixalko noyabrın 4-də Milli Məclisdə “Mina təhlükəsi ilə mübarizə - partlayıcı sursatların ekosistemə təsiri” mövzusunda keçirilən ictimai dinləmədə deyib.

Onun sözlərinə görə, Azərbaycan üçün ərazilərin minalardan təmizlənməsi prioritet məsələlərdəndir.

ANAMA-nın fəaliyyətini yüksək qiymətləndirən P.Mixalko bildirib ki, Aİ digər məsələlərdə olduğu kimi, mina təhlükəsi ilə mübarizədə də Azərbaycanla əməkdaşlığa önəm verir.

"Biz vətəndaş cəmiyyətləri ilə yaxından əməkdaşlıq edirik. Təbii ki, mina təhlükəsi məsələsi də bura daxildir. Aİ Azərbaycan hökumətinin mina təhlükəsinin aradan qaldırılması işini dəstəkləyir və dəstəkləyəcək. Bu sahədə maarifləndirmə işlərində kömək etməyə hazırıq”, - deyə Aİ nümayəndəsi vurğulayıb.
AzVision.az



Teqlər: Mina  





Xəbər lenti