İsrailin Qəzzanı tutacağı yox, başqa məqam şübhə doğurur
Həmin məmurun fikrincə, İsrail qoşunları tezliklə Qəzzanı ələ keçirəcək. Bununla belə, İsrailin Müdafiə Ordusunun (SAXAL) HƏMAS qüvvələrinin kökünü kəsmək üçün kifayət qədər vaxtı olacağına onda əminlik yoxdur. Çünki beynəlxalq ictimai rəy kəskin şəkildə İsrailə qarşıdır. Nəşr qeyd edir ki, HƏMAS-ın ləğvi aylarla vaxt apara bilər.
“CNN” nəşri isə daha əvvəl xəbər vermişdi ki, ABŞ prezidenti və onun müşavirləri fərdi görüşlərdə İsrail liderlərinə Qəzza zolağında mülki əhalinin iztirablarının SAXAL-ın hərbi əməliyyatlarına dəstəyi zəiflətdiyi barədə xəbərdarlıq edirlər. Bundan əlavə, Vaşinqton dünya ictimaiyyətinin HƏMAS-a qarşı əməliyyatın aparılması üsul və vasitələri ilə bağlı artan narazılığı barədə yəhudi dövlətini xəbərdar edir.
AzVision.az