BMT İrana tələb - “Əxlaq patrulu”u ləğv olunsun

 BMT İrana tələb -  “Əxlaq patrulu”u ləğv olunsun
  04 Noyabr 2023    Oxunub:1881
İranın qadın və qızlara qarşı rəftarından narahatlığını bildirən BMT-nin İnsan Haqları komitəsi Tehrandan “Əxlaq patrulu”nun ləğvini tələb edib.
AzVision.az xəbər verir ki, komitə İranda insan haqlarının pozulması ilə bağlı hesabatları nəzərdən keçirərək, Tehranın qadın və qızları hər cür zorakılıqdan qoruyan qanun təqdim etməli olduğunu bildirib.

Qurum İranın məcburi hicab taxmamağı cinayət sayan qanun və siyasəti yenidən nəzərdən keçirməli və ya ləğv etməli, həmçinin, “Əxlaq patrulu” xidmətinin də ləğv etməli olduğunu vurğulayıb. İranın Cenevrədəki nümayəndəsi hələlik İnsan Haqları komitəsinin tələbinə cavab verməyib.

Məhsa Əmininin ölümündən sonra “Əxlaq patrulu” İranın küçələrindən yığışdırıldı. Lakin etirazların səngiməsindən sonra polis və yarımhərbi qüvvələr qadınlara məcburi hicabı xatırlatmaq və təşviq üçün müxtəlif formalarda, o cümlədən mülki geyim formasında küçələrə qayıtdılar.
AzVision.az


Teqlər: BMT   İran  





Xəbər lenti