İranda 14 bəhai vətəndaşa həbs və cərimə cəzası verilib

Həmçinin, bu iş üzrə digər on iki nəfər də müttəhim kimi bir milyon tümən cərimə ödəməyə məhkum olunublar.
Bu bəhai vətəndaşlar keçən il avqustun 31-də Mazandaran vilayətinin Qaimşəhr şəhərində həbs ediliblər.
Mazandaran əyalətinin kəşfiyyatı keçən il verdiyi açıqlamada bu bəhai gəncləri “casusluq təşkilatlarına” üzvlükdə ittiham etsə də, Dünya Bəhai icması onların əvvəllər universitetə daxil olmaq hüququndan məhrum edildiklərini açıqlayıb.
AzVision.az