Bu il İranda yol-nəqliyyat hadisələrinin sayı 8%-dən çox artıb

Bu il İranda yol-nəqliyyat hadisələrinin sayı 8%-dən çox artıb
  04 Noyabr 2023    Oxunub:1394
2023-cü ilin birinci yarısında İranda yol-nəqliyyat hadisələri nəticəsində ölənlərin sayı əvvəlki ilin eyni dövrü ilə müqayisədə 8,2% artıb.
AzVision.az İranın Ədliyyə-Tibb təşkilatının yaydığı məlumata istinadən xəbər verir ki, bu il martın əvvəlindən sentyabrın sonunadək yol qəzalarında 10720 nəfər dünyasını dəyişib. Halbuki bu rəqəm ötən ilin müvafiq dövründə 9904 nəfər olub.

Bu ilin ilk 6 ayında yol qəzalarında həlak olanların 8406 nəfəri kişi, 2314-ü isə qadındır.
Bu dövrdə şəhərdənkənar qəzalarda 7 min 338 nəfər, şəhər yollarında 2 min 588 nəfər, kənd yollarında isə 654 nəfər həlak olub.

Sentyabr ayında qəzalarda 2051 ölüm qeydə alınıb ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə bu rəqəm 4% artıb.

Həmçinin, mart-sentyabr aylarında ölkə üzrə 201 542 bədbəxt hadisə qurbanı kimi məhkəmə tibb mərkəzlərinə müraciət edib.
AzVision.az


Teqlər: İran   qəzalar  





Xəbər lenti