Abdullahiyan və Ceyms Kleverli arasında telefon danışığı olub

   Abdullahiyan və Ceyms Kleverli arasında telefon danışığı olub
  04 Noyabr 2023    Oxunub:1440
Böyük Britaniyanın Xarici İşlər naziri Ceyms Kleverli İranlı həmkarı Hüseyn Əmir Abdullahiyanla Qəzzada baş verən prosesləri və bəzi ikitərəfli məsələləri telefon danışığında müzakirə edib.
İranın Xarici İşlər nazirliyinin rəsmi internet saytında yerləşdirilən məlumata istinadən xəbər verir ki, danışıq zamanı Abdullahiyan hər bir müharibədə mütənasiblik prinsipinin nəzərə alınmasına diqqət çəkib.

“İstənilən yanaşmada bilinməlidir ki, Fələstin böhranının kökü İsrail rejiminin işğalına gedib çıxır. Beynəlxalq hüquq baxımından işğal altında olan ölkənin xalqının qanuni müdafiə hüququ var. Həmçinin beynəlxalq hüququn prinsipləri çərçivəsində hər bir müharibədə mütənasiblik prinsipi də nəzərə alınmalıdır. İsrail rejiminin Qəzzada soyqırımı dərhal dayandırılmalı və Qəzzaya humanitar yardımlar geniş şəkildə çatdırılmalıdır”, - Abdullahiyan deyib.

İranın Xarici İşlər naziri, həmçinin qarşılıqlı hörməti vurğulayaraq, Tehranla London arasında əməkdaşlıq yolunda münasib variant kimi diplomatiya və dialoqa diqqət yetirməyin, əsassız ittihamlardan yayınmağın vacibliyini vurğulayıb.

Fələstində baş verən hadisələrlə bağlı ölkəsinin mövqeyinə və London-Tehran münasibətlərinin ləngidiyini toxunan Böyük Britaniyanın Xarici İşlər naziri, İranı bölgədə müharibənin yayılmasının qarşısını almaq üçün səy göstərməyə çağırıb.

Ceyms Kleverli iki ölkə arasında diplomatik konvensiyalar çərçivəsində əməkdaşlıq prosesini vacib amil kimi qiymətləndirib.
AzVision.az


Teqlər: London   Tehran  





Xəbər lenti