İranda İsrail əleyhinə “qazan kampaniyası" keçirilib

   İranda İsrail əleyhinə    “qazan kampaniyası"    keçirilib
  04 Noyabr 2023    Oxunub:1475
Tehran universitetinin qarşısına toplaşan bir qrup qadın qazanları çevirərək Qəzzaya dəstək verdiklərini nümyaiş etdiriblər.
AzVision.az xəbər verir ki, qadınlar qazanın çevrilməsini İsrail dövlətinin devrilməsinin simvolik simulyasiyası olduğunu deyiblər. Hökumət tərəfindən göndərilən qazanlar aksiyadan sonra qadınlara mükafat kimi bağışlanıb.

Qeyd edək ki, İranda son günlər bu qəbildən olan və cəmiyyətin istehzası ilə qarşılaşan bir neçə aksiya keçirilib.

Bundan əvvəl Təhsil nazirliyinin təşəbbüsü ilə azyaşlı uşaqlar kağızdan raketlər düzəldərək İsrail istiqamətində havaya atıblar.
AzVision.az


Teqlər: İran   qazan  





Xəbər lenti