Azərbaycan dilində yazılan iki roman İranda mükafat qazanıb

      Azərbaycan dilində    yazılan iki roman İranda mükafat qazanıb
  04 Noyabr 2023    Oxunub:1401
Tehranda keçirilən "Mehrgan" Ədəbi festivalının mükafatlandırma mərasimində Azərbaycan dilində yazılan iki əsər qalib seçilib.
“Güney AZfront” telegram-kanalının yaydığı məlumata istinadən xəbər verir ki, Ruqiyə Kəbirinin “Mor ağacının gəribə gözləri” və Səməd Rəhmani Xiavinin “Sevməyə vaxt yoxdur” romanları Ana Dili Savadlılığı üzrə Mehrgan Mükafatının ikinci və üçüncü dövrləri üçün finala yüksəlib.

Hər iki roman Azərbaycan dilində yazılıb. Festivalın mükafatlandırma mərasimində yazıçı Ruqiyə Kəbiri Azərbaycan dilində çıxış edib.

"Mehrgan" mükafatının ötən il keçirilməsi nəzərdə tutulan 21-ci və 22-ci mükafatlandırma mərasimi ötənilki etiraz aksiyaları ilə üst-üstə düşdüyündən ləğv edilərək və bu ilə təxirə salınmışdı.



Teqlər: İran   Azərbaycanlılar  





Xəbər lenti