Ərdoğan: "İsveç PPK-ya qarşı heç bir addım atmayıb"
“Stokholm Türkiyəyə silah ixracı ilə bağlı məsələdə müəyyən işlər görüb. Lakin, təəssüf ki, indiyədək ölkədə PPK təşkilatına qarşı heç bir addım atılmayıb. Bizim vəzifəmiz bu məsələni parlamentə təqdim etmək idi və biz onu etdik”, - deyə Rəcəb Tayyib Ərdoğan bildirib.
Xatırladaq ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan oktyabrın 23-də İsveçin NATO-ya üzvlüyü ilə bağlı protokolu imzalayaraq parlamentə göndərib.
AzVision.az
Teqlər: