İsrail kəşfiyyatı ölkə xaricindən bir neçə hücum cəhdinin qarşısını alıb

İsrail kəşfiyyatı ölkə xaricindən bir neçə hücum cəhdinin qarşısını alıb
  04 Noyabr 2023    Oxunub:1789
İsrail xüsusi xidmət orqanlarının əməkdaşları ölkə xaricində israillilərə qarşı bir neçə hücumun qarşısını ala biliblər.
AzVision.az xəbər verir ki, bu barədə İsrailin “Kan” ictimai telekanalı məlumat yayıb.

Telekanalın təhlükəsizlik xidmətlərindəki mənbəsinin bildirdiyinə görə, bəzi hücumlar kortəbii olaraq planlaşdırılıb, digərləri isə radikal qrupların üzvləri tərəfindən hazırlanıb.

Konkret hansı hücumların planlaşdırıldığı, onların sayı və qarşısının alınması üsulları barədə məlumat verilməyib.

AzVision.az



Teqlər: İsrail   Hücum  





Xəbər lenti