Hamburq hava limanında azyaşlı qızı girov götürən şəxs saxlanıldı

 Hamburq hava limanında azyaşlı qızı girov götürən şəxs saxlanıldı
  05 Noyabr 2023    Oxunub:1713
Hamburq polisi avtomobillə hava limanına daxil olan və qızını girov götürən şəxsi saxlayıb.
Məlumata görə, kişi ilə 15 saat yaxın danışıqlar aparılıb və o, müqavimət göstərmədən təslim olub. Ata qızı ilə birgə avtomobildən düşüb. Uşağın vəziyyətinin qənaətbəxş olduğu bildirilib.
***
Almaniyanın Hamburq hava limanı naməlum silahlı şəxsin hücumuna görə bağlanıb.

O, avtomobillə təhlükəsizlik səddini aşaraq platformaya çıxıb. Daha sonra iki dəfə havaya atəş açıb və avtomobildən iki molotov kokteyli atıb. Yanğınsöndürənlər yaxınlıqda alışan təyyarəni söndürüblər.

Aeroportda uçuşlar dayandırılıb, hadisə yerinə Hamburq hüquq-mühafizə orqanlarının qüvvələri cəlb olunub, dörd yaşlı qızını girov saxlayan şəxslə əlaqə yaradılıb və hazırda danışıqlar davam edir.

Hadisənin qəyyumluqla bağlı olduğunu ehtimal edir. Belə ki, onun həyat yoldaşı atanın uşağı qəyyumluq mübahisəsindən sonra qaçırdığını iddia edib. Kişinin tələblərindən biri də Türkiyəyə uçuşun təmin edilməsidir.

AzVision.az


Teqlər:





Xəbər lenti