"Onlar terror təşkilatları ilə çiyin-çiyinə gediblər”- Ərdoğan

   "Onlar terror təşkilatları ilə çiyin-çiyinə gediblər”-     Ərdoğan
  05 Noyabr 2023    Oxunub:1181
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Cümhuriyyət Xalq Partiyasındakı (CHP) sədr dəyişikliyinə münasibət bildirib.
AzVision.az xəbər verir ki, bu barədə “TRT Haber” məlumat yayıb.

“Dünən ana müxalifətin qurultayı keçirildi. Cənab Kamal kiminlə vidalaşdı? Qurultayda qalib gələn şəxs də terrorçuları salamlayıb. Onların arasında heç bir fərq yoxdur. Onlar terror təşkilatları ilə çiyin-çiyinə gediblər”, - deyə Ərdoğan bildirib.

Qeyd edək ki, Türkiyənin Cumhuriyyət Xalq Partiyasının qurultayında yeni başqan bəlli olub. Belə ki, Özgür Özel CHP-nin yeni sədri seçilib. O, qurultayın ikinci turunda 812 səs toplayaraq rəqibi Kamal Kılıçdaroğluna qalib gəlib.

AzVision.az


Teqlər:





Xəbər lenti