Girovlar azad edilmədən Qəzzada atəşkəs olmayacaq - Netanyahu

   Girovlar azad edilmədən Qəzzada atəşkəs olmayacaq -    Netanyahu
  05 Noyabr 2023    Oxunub:1617
İsrailin baş naziri Benyamin Netanyahu bildirib ki, girovlar azad edilmədən Qəzza zolağında atəşkəs olmayacaq. Bu barədə RİA Novosti məlumat yayıb.
“Bir şeyi də bilmənizi istəyirəmi, girovlar qaytarılmadan atəşkəs olmayacaq. Biz bunu düşmənlərimizə və dostlarımıza deyirik.Onları məğlub edənə qədər davam edəcəyik, seçimimiz yoxdur. Düşünürəm ki, bu gün hamı bunu başa düşür”, - deyə Netanyahu Hərbi Hava Qüvvələri bazalarından birində hərbçilər qarşısında deyib.

Fələstinin HƏMAS hərəkatının hərbi qanadının elan etdiyi Əl-Əqsa tufanı əməliyyatı çərçivəsində oktyabrın 7-də İsrail Qəzza zolağından görünməmiş miqyaslı raket hücumuna məruz qalıb. Bundan sonra təşkilatın döyüşçüləri İsrailin cənubundakı sərhəd bölgələrinə daxil olub, burada həm hərbçilərə, həm də mülki şəxslərə atəş açıb, həmçinin 200-dən çox insanı girov götürüb.

İsraildə yerli hakimiyyət orqanlarının məlumatına görə, 300 hərbçi olmaqla 1,4 mindən çox insan həlak olub, 5 mindən çoxu yaralanıb.

Buna cavab olaraq İsrail Müdafiə Qüvvələri Qəzza zolağında HƏMAS-a qarşı " əmir Qılınclar" əməliyyatına başlayıb.

Şahanə Rəhimli
AzVision.az



Teqlər:





Xəbər lenti