Rəisidən Papaya çağırış: “Zalımın və məzlumun kim olduğunu düzgün izah edin”
Rəisi İsrailin Qəzzaya təşkil etdiyi hücumlarda 4 mini uşaq və 2500-dən çox qadın olmaqla 10 minə yaxın fələstinlinin öldürülməsini "əsrin ən böyük soyqırımı" kimi səciyyələndirib:
Rəisi Qəzzadakı xəstəxanalarla yanaşı, kilsənin də İsrail tərəfindən bombalandığın və xalqın tarixi irsinin məhv edildiyini qeyd edib.
Qəzzaya edilən hücumların dayandırılması və atəşkəsə nail olunması lazım olduğunu bildirən Papa Fransisk, “Dünya katoliklərinin lideri olaraq bu hücumları dayandırmaq və daha çox qadın və uşağın qurban olmasının qarşısını almaq üçün əlimdən gələni edəcəyəm", deyə qeyd edib.
Vatikanın rəsmi nəşri Vatican News-un X sosial media platformasında verilən açıqlamada Papa ilə prezidentin telefon danışığı olduğu təsdiqlənib. Görüşün məzmunu ilə bağlı məlumat verilməyib.
AzVision.az
Teqlər: