Rusiya 2 dəfə yaralanmış Rüstəmin qəhrəmanlığından danışır

Rusiya    2 dəfə yaralanmış    Rüstəmin qəhrəmanlığından danışır
  06 Noyabr 2023    Oxunub:1020
Ukraynada davam edən ağır döyüşlər zamanı iki dəfə yaralanmış və Rusiya Qəhrəmanı adına layiq görülmüş polkovnik Rüstəm Sayfullin yenidən cəbhəyə qayıdıb.
AzVision.az xəbər verir ki, bu barədə yerli media məlumat yayıb.

Hərbçi bununla bağlı deyib ki, onun “evdə qalmağa” haqqı yoxdur və təcrübəsini gənc komandirlərə ötürməlidir.

Əsgərlərinin yanına qayıdan Sayfullin döyüşçülərin, alayın bütün tapşırıqlarını yerinə yetirdiyini qeyd edib.

Polkovnik onu da vurğulayıb ki, alay onun üçün döyüşçü ailəsinə çevrilib və əsgərlərinin yanında “rahat dərindən nəfəs ala bilir”.

Qeyd edək ki, Rüstəm Sayfullin 41-ci birləşmiş ordunun 40-cı mühəndis-istehkamçı alayına komandirlik edib. O, yaralarından birini Severski Donetsdəki əməliyyat zamanı alıb. O, bərpa prosesi keçdikdən sonra Tümen Ali Hərbi Mühəndislik Komandanlığı Məktəbinin rəis müavini vəzifəsinə təyin edilib.

Polkovnik cəsarətinə və qəhrəmanlığına görə hərbçi Rusiya Qəhrəmanı adına layiq görülüb. Mühəndis Qoşunlarının zabiti olan Rüstəm Sayfullin keçən ilə kimi Rusiya Qəhrəmanı adı alan dördüncü tatar idi.

AzVision.az



Teqlər: Rusiya  





Xəbər lenti