Blinkenin səfərindən sonra İraq və Suriyadakı ABŞ bazalarına hücum olub
"Dünən gecə və bu gün səhər saatlarında Ənbar əyalətindəki "Ayn əl-Əsəd" hərbi bazasına iki pilotsuz təyyarə hücum edib. Hər iki PUA silahlı qüvvələr tərəfindən vurulub", - mənbə bildirib.
O əlavə edib ki, üçüncü pilotsuz uçan aparat Suriyada İraqla sərhədə yaxın ərazidə yerləşən hərbi bazasının ətrafını hədəfə alıbmış. Lakin o da uğurlu şəkildə sıradan çıxarılıb.
Qeyd edək ki hücumlar ABŞ dövlət katibi Entoni Blinkenin İraqa səfərindən sonra baş verib.
Tural Tağıyev
AzVision.az
Teqlər: ABŞ