İranda sellər böyük fəsadlar törədib

İranda sellər böyük fəsadlar törədib
  06 Noyabr 2023    Oxunub:955
İranda yağan leysan yağışları Mazandaran əyalətinin bir sıra şəhərlərində çayların daşmasına, suyun yolları basmasına və evlərin dağılmasına səbəb olub.
AzVision.az Mazandaran əyalətinin Böhran İdarəetmə idarəsinin baş direktoru Hüseyn Əli Məhəmmədinin açqıladığı məlumata istinadən xəbər verir ki, qısa müddət ərzində bu ərazilərdə 80 mm-ə yaxın yağıntı qeydə alınması nəticəsində çaylarda daşqınlar əmələ gəlib, yolları və keçidləri su basıb.

Hesabatlara görə, leysan yağışlar Həçirud və Çalusun mərkəzi hissəsində bir sıra evlərə, ticarət obyektlərinə və bağlara ziyan vurub.

“Sel üç körpünün dağılmasına səbəb olub, Mazandaranın qərbində bu şəhərin obyektlərinə, bağlarına və torpaqlarına ziyan vuru. Hazırda Salmanşəhrin Kərakəti rayonunun bəzi sakinləri hərəkət etmək üçün qayıqlardan istifadə edir və xilasetmə qüvvələri də ərazidə xidmət göstərir”, - Abbasabad valisi deyib.

Həmçinin, Kərakəti rayonunda bir qadın yaralanıb və onun fiziki vəziyyətinin ağır olduğu bildirilir.

“İSNA” agentliyi Novşəhr və Çalusda leysan yağışlarının daşqınlara, Zəvat Çalus bəndinin, evlərin və yolların su altında qalmasına, habelə mobil telefon antenalarının kəsilməsinə səbəb olduğunu yazıb.
AzVision.az




Teqlər: İran   sellər  





Xəbər lenti