Qarabağdan gedən pensiyaçılar İrəvanda aksiya keçirirlər - CANLI

   Qarabağdan gedən pensiyaçılar İrəvanda aksiya keçirirlər    - CANLI
  06 Noyabr 2023    Oxunub:1111
Azərbaycanın Qarabağ bölgəsindən getmiş ermənilər İrəvanda növbəti dəfə etiraz aksiyası keçirirlər.
Yerli medianın yaydığı məlumata görə hazırda davam edən aksiya zamanı onlar hökumət əleyhinə şüarlar da səsləndiriblər. Etirazçılar Əmək və Sosial Məsələlər Nazirliyinin binası yaxınlığına toplaşaraq öz haqlarını tələb edirlər. Yaşlı ermənilər əsasən pensiya və müavinətlərin ödənilməsi ilə bağlı problemlərin həll olunmasını istəyirlər.

Tural Tağıyev
AzVision.az



Teqlər: Aksiya   Ermənistan  





Xəbər lenti