İranda məhbus tələbə fəala qarşı ittiham irəli sürülüb

İranda məhbus tələbə fəala qarşı ittiham irəli sürülüb
  06 Noyabr 2023    Oxunub:933
Həbsdə olan tələbə fəal Məhəmməd Mehdi Vəsuqiyan girov müqabilində sərbəst buraxılmalı olduğu halda, onun barəsində ittiham aktı hazırlanıb.
AzVision.az “Həbs edilmiş şəxslərin statusunu izləmə komitəsi” teleqram-kanalının yaydığı məlumata istinadən xəbər verir ki, Vəsuqiyan haqqında zaminə buraxılma qərarının çıxarılmasına baxmayaraq, onun müvəqqəti azadlığa çıxmasına prokurorun etirazı ilə bağlı ittiham aktı hazırlanıb.

Qeyd edək ki, İsfahan Tibb elmləri universitetinin həmkarlar şurası katibinin müavini Məhəmməd Mehdi Vəsuqiyan, anası Məsumə Yavərinin həbsindən iki həftə sonra, bu il sentyabrın 20-i həbs edilib.

“Bu tələbə fəalın anasına qarşı “Bəsic bazasını dağıtmaq” kimi ittihamlar irəli sürülüb. Halbuki, bu yaxınlarda cərrahiyyə əməliyyatı keçirən, bel və boyun nahiyəsində ciddi problemləri olan Məsumə Yavərini yaxından görən hər kəs ona qarşı sürülən ittihamların yalan olduğunu yaxşı anlayır. Məhəmməd Mehdi girovdan müttəhimə çevrildi. Azad ediləcəyi vədi ilə anasını yalan etiraflar verməyə məcbur etdilər. İndi 19 yaşlı Məhəmməd Mehdinin azadlığa buraxılmasının qarşısı alınıb və prokurorun ona qarşı ciddi iş bağladığı deyilir”, - məlumatda deyilir.

Həbsdən əvvəl bu tələbə universitetin nizam-intizam komitəsi tərəfindən “bir semestr təcrid” cəzasına məhkum edilmiş və İsfahan Universitetinin məsul şəxsləri intizam komitəsinin iclası keçirilməmiş və hökm çıxarılmamışdan əvvəl onun yataqxanaya daxil olmasına qadağa qoymuşdular.

2008-ci ildə “Mücahidlər təşkilatına dəstək vermək” ittihamı ilə həbs olunmuş Məsumə Yavəri “Moharebeh” (allah əleyhinə müharibə) cəzasına məhkum edilib. Bu ittihamdan bəraət aldıqdan sonra o, 7 il müddətinə azadlıqdan məhrum olunub və nəhayət, üç ildən sonra azadlığa çıxıb.
AzVision.az




Teqlər: İran   tələbə  





Xəbər lenti