Lavrov: "Putin çətin vəziyyətləri fəal və yaradıcı şəkildə həll etməyi bacarır"

      Lavrov:    "Putin çətin vəziyyətləri fəal və yaradıcı şəkildə həll etməyi bacarır"
  06 Noyabr 2023    Oxunub:1014
Rusiya prezidenti Vladimir Putin ən çətin situasiyalarda fəal və yaradıcı şəkildə həll yollarını tapmağı bilir.
AzVision.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər naziri Sergey Lavrov Beynəlxalq Sərgi və Forumu çərçivəsindəki Bilik Cəmiyyəti marafonunda deyib.

Marafon iştirakçıları nazirdən kimi müəllimi hesab etdiyini soruşublar. "Əlbəttə ki, siz prezidentlə işləyəndə ondan çox şey əldə edirsiniz. Bunu da qiymətləndirməmək olmaz, xüsusən nəzərə alsaq ki, mən Vladimir Vladimiroviçlə çox uzun müddət işləyirəm və bəzən özünüzün həmişə təxmin edə bilməyəcəyiniz həll yollarını tapmağa çalışırkən, onun çətin vəziyyətlərə necə fəal və yaradıcı reaksiya verdiyini müşahidə edirəm”, - Lavrov bildirib.

Aytən Zəhra
AzVision.az



Teqlər:





Xəbər lenti