Ermənistan-Azərbaycan münaqişəsində İran faktoru

Ermənistan-Azərbaycan münaqişəsində İran faktoru
  06 Noyabr 2023    Oxunub:1054
İran Ermənistan-Azərbaycan münaqişəsinin bitməsini istəmir.
AzVision.az “Güney Azfront” media resursuna istinadən xəbər verir ki, İsrailin aparıcı “beyin mərkəzlərindən” biri olan “Begin-Sadat” mərkəzinin analitik materialında belə fikir vurğulanıb.

“Ermənistan-Azərbaycan münaqişəsi həll edilməyib, çünki onun sonu İrəvanın əsas himayədarı və müvafiq şəkildə Azərbaycanın düşməni olan İranın geosiyasi maraqlarına açıq şəkildə ziddir. Tehran iki Cənubi Qafqaz respublikası arasında silahlı qarşıdurmanın yeni raundunu stimullaşdırmaq üçün hər hansı əlverişli fürsətdən yararlanmaqdan çətin ki, imtina edəcək”, – məqalədə qeyd olunub.

Beyin mərkəzinin qənaətinə görə, İran müttəfiqlərini hərbi, enerji, nəqliyyat və diplomatik sahələrdə resurslarla və dəstəklə təmin etməkdə israrlıdır. Tehran, həmçinin Ermənistanın elan etdiyi Qərbə istiqamətlənmə yolunun sürətini azaldacaq.
AzVision.az



Teqlər: İran   Ermənistan  





Xəbər lenti