"Putin hələlik seçkilərdə iştirakını açıqlamayıb" - Peskov

"Putin hələlik seçkilərdə iştirakını açıqlamayıb"    - Peskov
  06 Noyabr 2023    Oxunub:1110
Rusiya prezidenti Vladimir Putin hələlik 2024-cü ilin martında keçirilməsi planlaşdırılan prezident seçkilərində iştirak edəcəyini açıqlamayıb.
AzVision.az xəbər verir ki, bu barədə Kremlin mətbuat katibi Dmitri Peskov TASS-a məlumat verib.

“Putin hələlik bu məsələ ilə bağlı heç bir açıqlama verməyib” deyən Peskov Kreml rəhbərinin seçki kampaniyasının başlanmasının hələ rəsmi olaraq elan edilmədiyini xatırladıb.

Xatırladaq ki, noyabrın 6-da “Reuters” öz mənbələrinə istinad edərək Vladimir Putinin 2030-cu ilə qədər hakimiyyətdə qalmağa çalışacağını yazıb. Bunun üçün o martda keçiriləcək prezident seçkilərində iştirak etmək qərarına gəlib.

Tural Tağıyev
AzVision.az



Teqlər: Rusiya  





Xəbər lenti