İran Əfqanıstanda üç Mossad casusunu həbs edib

İran Əfqanıstanda üç Mossad casusunu həbs edib
  06 Noyabr 2023    Oxunub:962
İranın Kəşfiyyat nazirliyi Taliban hökuməti ilə “ortaq əməliyyat” çərçivəsində İran daxilində hücumlar planlaşdıran “İran milliyətli üç Mossad casusu"nu saxlayıb.
AzVision.az İranın Kəşfiyyat nazirliyinin məlumatına istinadən bildirir ki, Əfqanıstan sərhədindən İrandakı hədəflərə doğru “intiharçı pilotsuz uçan aparat”lar atmağı planlaşdıran üç nəfər iki ölkə arasında dağlıq ərazilərdə həbs edilərək, dindirilmə üçün tezliklə İrana təhvil veriləcək.

Həmin şəxslərin İsrailin Xarici Kəşfiyyat idarəsinin (Mossad) casusu olduqları iddia edilsə də, İranın Kəşfiyyat nazirliyi hələlik bunu sübuta yetirən təfərrüatlar və sənədlər açıqlamayıb.

Yeri gəlmişkən, “Taliban” rəsmiləri də hələlik bu xəbəri şərh etməyiblər.
AzVision.az


Teqlər: İran   Əfqanıstan  





Xəbər lenti