Fransa şirkəti Kiyevə atıcı silahlar və qumbaraatanlar satacaq

Fransa şirkəti Kiyevə atıcı silahlar və qumbaraatanlar satacaq
  06 Noyabr 2023    Oxunub:1062
Fransanın silah şirkəti "Verney-Carron" Ukraynaya 12 min atıcı silah və xeyli sayda qumbaraatan tədarük edəcək.
AzVision.az xəbər verir ki, bu barədə Fransa mediası şirkətin mətbuat xidmətinə istinadən məlumat yayıb.

"Verney-Karron"un yaydığı məlumatda qeyd edilir ki, müqaviləyə uyğun olaraq şirkət Ukraynaya 10 min avtomatik karabin, iki min avtomat və 400 qumbaraatan ixrac edəcək. Müqavilənin dəyəri 36 milyon avrodur.

Çatdırılmalar 2024-cü ilin ilk aylarında başlamalıdır. Müqavilənin şərtlərinin yerinə yetirilməsi vəsaitin daxil olmasından asılı olacaq.

Tural Tağıyev
AzVision.az



Teqlər: Fransa   Ukrayna  





Xəbər lenti