Papa səhhətindən şikayət edib
Bununla belə, indiyə qədər Müqəddəs Taxt-Tacın Mətbuat Xidməti dünyanın hər yerindən 6 min uşaq da daxil olmaqla planlaşdırılan görüşlərin ləğvi barədə açıqlama verməyib.
Papa son iki il yarım ərzində bağırsaqlarından iki dəfə əməliyyat keçirib. Ona səhhəti ilə bağlı sual verəndə:"hələ sağam" deyə zarafat edir. Onu ən çox narahat edən dizindəki ağrıdır, buna görə də əlil arabasından istifadə edir. Lakin son vaxtlar özünü kifayət qədər yaxşı hiss etdiyini deyir.
Dekabrın 1-3-də o, BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflərinin 28-ci Konfransında iştirak etmək üçün Dubaya səfər etməyi planlaşdırır.
Şahanə Rəhimli
AzVision.az
Teqlər: