İran işçilərinin Azad birliyinin hesabatına əsasən, Urmiyadakı “İmam” xəstəxanasının tibb bacıları, tibb işçiləri və tibb tələbələri həmin gün borcların və haqlarının ödənilməməsinə, həmçinin, alınan maaşların tarif növləri və onların dolanışıq problemlərinin həll olunmamasına etiraz etmək üçün toplaşıblar.
Ötən illərdə İranda inflyasiya səviyyəsinin artması və qiymət artımının davam etməsi, məişət süfrələrinin kiçilməsindən sonra cəmiyyətin müxtəlif təbəqələrinin etiraz toplantıları əhəmiyyətli dərəcədə çoxalıb.
Bu müddətdə xeyli sayda həmkarlar ittifaqı fəalı da həbs edilib və onların bəzilərinə ağır cəzalar verilib.
در ادامه تجمعات #بازنشستگان در شهرهای مختلف؛ روز جاری جمعی از بازنشستگان تامین اجتماعی با سر دادن شعارهایی اعتراضی در مقابل ساختمان این سازمان در اهواز تجمع کردند. #تجمع #اعتراض #حقوق_بشر #اهواز pic.twitter.com/CNHW3RliPx
— خبرگزاری هرانا (@hra_news) November 5, 2023
AzVision.az