İsrail Qəzzanın şimalındakılara 4 saat vaxt verib

   İsrail Qəzzanın şimalındakılara 4 saat vaxt verib
  06 Noyabr 2023    Oxunub:1033
İsrail Müdafiə Qüvvələri bu gün Səlahəddin şossesi boyunca Qəzza zolağının cənub hissəsinə dəhliz açıb. Şimal rayonlarının sakinləri yerli vaxtla saat 10:00-dan 14:00-dək təxliyə edə bilərlər.
Bu barədə İsrail Müdafiə Nazirliyinin sözçüsü Aviçai Edri Facebook-da məlumat verib.

Fələstinin HƏMAS hərəkatının hərbi qanadının elan etdiyi Əl-Əqsa tufanı əməliyyatı çərçivəsində oktyabrın 7-də İsrail Qəzza zolağından görünməmiş miqyaslı raket hücumuna məruz qalıb. Bundan sonra təşkilatın döyüşçüləri İsrailin cənubundakı sərhəd bölgələrinə daxil olub, burada həm hərbçilərə, həm də mülki şəxslərə atəş açıb, həmçinin 200-dən çox insanı girov götürüb.

İsraildə yerli hakimiyyət orqanlarının məlumatına görə, 300 hərbçi olmaqla 1,4 mindən çox insan həlak olub, 5 mindən çoxu yaralanıb.

Buna cavab olaraq İsrail Müdafiə Qüvvələri Qəzza zolağında HƏMAS-a qarşı " əmir Qılınclar" əməliyyatına başlayıb.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti