İranda siyasi məhbus uzunmüddətli həbsdən sonra edam edilib

İranda siyasi məhbus uzunmüddətli  həbsdən sonra edam edilib
  06 Noyabr 2023    Oxunub:933
Sünni məhbus Qasim Abəstə Kərəcdəki Qəzəlhəsər həbsxanasında 13 il 9 ay həbs cəzasını çəkdikdən sonra edam olunub.
AzVision.az “Hrana” agentliyinə istinadən xəbər verir ki, Məhabaddan olan kürd məhbus bir həftə əvvəl ölüm hökmünün icra olunması üçün təkadamlıq kameralardan birinə köçürülmüşdü.

2019-cu ilin iyununda siyasi məhbus Tehran İnqilab məhkəməsinin 15-ci şöbəsi tərəfindən “yer üzündə fəsad” ittihamı çərçivəsində digər altı həmkarı ilə birlikdə ölüm cəzasına məhkum edilib.

2009-cu ilin dekabrında Urmiya Kəşfiyyat idarəsi tərəfindən həbs olunmuş Qasim Abəstə o vaxtdan Urmiya, Evin, Rəcaişəhr və Qəzəlhəsər həbsxanalarında cəza çəkib. Təxminən 14 il sürən həbs müddətində “tiroid xərçəngi” diaqnozu qoyulan Qasim Abəstə dəfələrlə aclıq aksiyası keçirib.
AzVision.az



Teqlər: məhbus   edam  





Xəbər lenti