Erməni general ABŞ ordusundan dəstək istədi

   Erməni general ABŞ ordusundan dəstək istədi
  06 Noyabr 2023    Oxunub:1171
Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, general-leytenant Edvard Asryanla ABŞ-ın Avropa Komandanlığının rəis müavini Stiven Başam hərbi əməkdaşlığı müzakirə ediblər.
AzVision.az xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb. Qeyd edilir ki, tərəflər Ermənistan ordusunda aparılan islahatları da müzakirə ediblər.

Generallar arasında aparılan danışıqlar ABŞ-ın Avropa Komandanlığının Ştutqartdakı qərargahında baş tutub. Qeyd edilir ki, Baş Qərargah rəisi Silahlı Qüvvələrdə aparılan islahatların təfərrüatlarını təqdim edib, onların həyata keçirilməsində ABŞ-dan gözlənilən dəstəyi də açıqlayıb.

Amerikalı general ABŞ-ın cari əməkdaşlıq proqramlarını davam etdirməyə hazır olduğunu bəyan edib. Bundan başqa, general Ermənistan Silahlı Qüvvələrinin peşəkarlaşdırılması, peşəkar çavuş zabitlərinin gücləndirilməsi, komandanlıq və idarəçilik sisteminin modernləşdirilməsi, sülhməramlılıq, hərbi tibb, hərbi təhsil və döyüş hazırlığı, təlimlər və s. dəstəyə hazır olduqlarını deyib.

Tural Tağıyev
AzVision.az



Teqlər: General   ABŞ  





Xəbər lenti