Tehran yeni gender qadağası tətbiq edib

Tehran yeni gender qadağası tətbiq edib
  06 Noyabr 2023    Oxunub:945
İranın Ağır Atletika üzrə qızlardan ibarət milli komandası gənclərin dünya yarışlarına göndərilməyəcək.
AzVision.az İranın Ağır Atletika federasiyasının yaydığı məlumata istinadən xəbər verir ki, oğlanların yığma komandasından fərqli olaraq, gənc qızların ağırlıqqaldırma üzrə dünya çempionatında iştirakına qadağa qoyulub.

Qeyd edək ki, bu il İranın qadın ağırlıqqaldıranları Asiya gənclərinin yarışlarında 5 qızıl, iki gümüş və bir bürünc medal qazanıblar.

Qızlardan ibarət komandanın tam sıradan çıxarılması bu federasiyanın idarə heyəti tərəfindən təsdiqlənib. Oğlanlardan ibarət komanda tam heyətlə Meksikaya getməyə hazırlaşır, lakin yığmada yer alan qızlardan heç biri dünya çempionatında çəki dərəcəsində iştirak edə bilməyəcək.

Səbəbi göstərilməyən bu qərar, Ümumdünya Ağır Atletika federasiyasının üzv ölkələrin kişi və qadın ağır atletlərə bərabər imkanlar vermək öhdəliyini dəfələrlə vurğulamasına ziddir.

İranda qadın ağır atletika idmanının rəsmi fəaliyyətə başlamasından qısa müddət keçməsinə baxmayaraq, iranlı qadınlar Asiya və dünya gənclər yarışlarında, İslam ölkələrinin oyunlarında, həmçinin böyüklər arasında Asiya yarışlarında qızıl və müxtəlif əyarlı meadllar qazanıblar.
AzVision.az




Teqlər: İran   gender  





Xəbər lenti